Qərbi Azərbaycan İcması bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Qərbi Azərbaycan İcması bəyanat yaydı

Siyasət

23 Avqust 2023 21:09 568


Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan acıqlamasını, Azərbaycanın suveren ərazilərinə münasibətdə qondarma, əcaib addan istifadə etməsini kəskin şəkildə pisləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında deyilir.

“Davamlı olaraq Azərbaycan əleyhinə mövqe sərgiləyən, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləməsinə və onların öz evlərinə qayıtmasına imkan verməməsinə göz yuman kanadalı nazir nədənsə Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə atdığı legitim addımlardan xoflanır və ölkələrin suverenliyi və ərazi bütövlüyünə münasibətdə ikili standartlar yanaşmasından çıxış edir. Toyuqlu pizza

Xanım nazirə xatırladırıq ki, tarixi yerli xalqlara qarşı ədalətsizliklər, ayrı-seçkiliklərlə dolu olan, vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında bəyannaməsinə qarşı çıxmış çox az sayda ölkələrdən biri olan Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib.

Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün düşdüyü acınacaqlı vəziyyətə acıyır və onun Azərbaycana qarşı qondarma açıqlamalarını rədd edirik”, - İcmanın bəyanatında bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!