Qərbi Azərbaycan İcmasından Litvaya: “Qarışmayın”

saytların hazırlanması

Evə çatdırılma

Qərbi Azərbaycan İcmasından Litvaya: “Qarışmayın”

Siyasət

09 Avqust 2023 19:23 1319


Qərbi Azərbaycan İcması Litvanın Vətən müharibəsindən sonra Azərbaycana qarşı sistemli, ardıcıl xarakter almış qərəzli mövqeyini pisləyir və bu ölkənin ərazi bütövlüyü, suverenlik, separatizm kimi məsələlərə münasibətdə selektiv yanaşma sərgiləməsindən təəssüflənir.

Yenisabah.az xəbər verir ki, bu barədə İcmadan məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa, diqqəti özündə milli azlıqlarla bağlı problemlərin həllinə yönəltməyə çağırır. Dördpendirli pizza

"Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Litva özünü “ədalət carçısı” hesab edirsə, onda dostu hesab etdiyi, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş Ermənistanla sıx münasibətlərindən istifadə edərək Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldıra bilər", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!