Qərbi azərbaycanlılar da öz yurdlarına qaytarılır?  – “Biz müraciət etmişik”

saytların hazırlanması

Evə çatdırılma

Qərbi azərbaycanlılar da öz yurdlarına qaytarılır?  – “Biz müraciət etmişik”

Siyasət

11 Avqust 2022 13:02 2001


Milli Məclisin sabiq deputatı Musa Musayevin “Yeni Sabah”a müsahibəsi:

- Son günlər bir sıra ermənilər müraciət edirlər ki, Azərbaycan vətəndaşlığına qəbul olunsunlar və Azərbaycanda yaşasınlar. Eyni məntiqlə çıxış edərək, Qərbi Azərbaycanlılar da eyni tələbləri irəli sürə bilərmi ki, 300 mindən artıq soydaşımız öz torpaqlarına qayıtsın?

- Əvvəla onu deyim ki, bu məsələdə elə ilk müraciət edən biz nüvədililər olmuşuq. Biz BMT, Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi və s. qurumlara müraciət etmişik. Məsələn, Qərbi azərbaycanlıların hamısı Ermənistanı 1988-ci ildə tərk ediblər. Amma biz nüvədililər 1991-ci il avqust ayının 8-nə qədər tək-tənha Ermənistanda yeganə azərbaycanlı kəndi olaraq qalmışıq. Təbii ki, çoxlu təxribatlar olub, dəfələrlə ermənilər hücum edib. Lakin buna baxmayaraq, biz nüvədililər öz kəndimizi tərk etməmişik. 1991-ci ilin avqust ayının 7-dən 8-nə keçən gecə bizim Nüvədi kəndində 12 nəfər rus əsgəri vardı. Onların arasında ukraynalı əsgərlər də olub. Hətta Yurçenko adında bir əsgər ermənilər tərəfindən snayperlə vurularaq qətlə yetirilmişdi. Biz dəfələrlə həmin qurumlara müraciət etmişik ki, biz öz dədə-baba yurdumuza qayıtmaq istəyirik. pizza mizza

Eyni zamanda bir şeyi də qeyd edim ki, Nüvədi Zəngilanın tərkibində olub. 1929-cu ildə Azərbaycan SSRİ KP MK-nin qərarı ilə Nüvədi Ermənistana verilib. Səbəb isə bu idi ki, guya Nüvədi Zəngilana uzaqdır, Mehriyə yaxındı. 1929-cu ildən sonra isə nüvədililər bütün sənədlərini Mehridən alıblar və kənd Mehri rayonunun tərkibinə keçib. Amma bu qanun parlamentdə 1969-cu ilin may ayında təsdiq olunub. O vaxtı Azərbaycan KP MK-nin I katibi olan Vəli Axundov doktorluq dissertasiyası ilə əlaqədar İrəvanda olanda ona imza atdırıblar. Bu tarixi faktları da meydana gətirərək 500 nüvədili ailəsi dəfələrlə müraciət edib ki, Nüvədi lap Mehrinin tərkibində qalmaq şərtilə olsa belə, oraya qayıtsınlar.

O ki qaldı ermənilərin vətəndaşlığımızı qəbul edib burada yaşamaq istəmələrinə, onu deyə bilərəm ki, tarixən Nüvədidə bir dənə də olsun erməni yaşamayıb. Amma biz də Mehrinin tərkibində qalmaq şərtilə öz torpaqlarımıza qayıtmaq istədiyimizi bildirmişik. Biz məsələ qaldırmışıq ki, 1929-1969-cu il sənədləri arxivdən çıxarılsın. Çünki vaxtilə mənim babamın pasportunda yazılmışdı ki, Gəncə quberniyasının Zəngəzur qəzasının Nüvədi kəndi. Yəni ki, tarixi sənədləri əsas gətirərək müraciət etdik ki, bu kəndlər Azərbaycan torpağına qaytarılsın.

Bir şeyi də vurğulayım ki, cənab Prezidentimiz də dəfələrlə söyləyib ki, o cümlədən 10 noyabr üçtərəfli sazişində də yazılıb ki, Zəngəzur dəhlizi açılmalıdır.

Onu da qeyd edim ki, Zəngilanın Vejnəli kəndindən Ordubad rayonun ərazisinə qədər olan məsafə 46 km-dir. Bu 46 km məsafənin 24 km-i Nüvədinin ərazisindədir. Hətta o vaxtı 24 km-ə nəzarət edənlər də bizim işçilər olub. Yəni gələcəkdə Zəngəzur dəhlizinə daxil olan asfalt və dəmiryolu Nüvədinin ərazisindən keçəcək. Nüvədililərin oraya qayıtması da strateji cəhətdən çox önəmlidir.

- O vaxtı Qərbi azərbaycanlıların çoxu Ermənistan SSR vətəndaşı olublar. İndi də onlardan Ermənistan Respublikasının vətəndaşı kimi qalanlar varmı?

- Xeyr. Ermənistanda bir dənə də olsun azərbaycanlı qalmayıb.

Bizim ən böyük səhvimiz nədir, onu da deyim. Mən Milli Məclisdə deputat olanda da demişdim ki, ermənistanlıların şəxsiyyət vəsiqələrində kəndlərimizin adı yoxdur. Orada yazılır ki, məsələn, Ermənistan Respublikasının Mehri rayonu. Bu, bizim üçün minusdur. Özü də, sizə deyim ki, Nüvədinin adını ermənilər 1993-də dəyişib Nrnadzor ediblər. Eyni zamanda bizim digər tarixi-etnik kənd və rayon adlarımızı da dəyişdirib, erməniləşdiriblər. Bu da bizim üçün mənfidir.

Lakin bəli, Ermənistanda doğulub boya-başa çatmış insanların pasportlarında harada doğulduğu yazılır, amma kənd adları göstərilmir.

- Yəni müharibədən sonra onlara Azərbaycan vətəndaşlığı verilib?

- Təbii ki, onlar qaçqınlıq dövründə gəliblər Azərbaycana. Əlbəttə ki, onlar da azərbaycanlıdır, amma sənəd sənəddir. Əgər gələcəkdə ermənilər Azərbaycanda qalıb bizim vətəndaşımız kimi yaşayacaqlarsa, təbii ki, bu dövlət səviyyəsində ola biləcək bir məsələdir.

Burada “Qərbi Azərbaycan Qayıdış” cəmiyyəti də yaradılıb. Hətta nüvədililər Vejnəliyə də gediblər. Ulu Öndərin çıxışı da olub barədə. O çıxışında tarixi Zəngəzur torpaqlarından bəhs edib deyir ki, Nüvədi də vaxtilə Zəngəzurun ərazisi olubdur və s. Vətəndaşların geriyə qayıtması təbii ki müsbət haldır və bu, bizim hüququmuzdur. Çünki biz boya başa-çatdığımız tarixi torpaqlara qayıtmaq istəyirik, ona görə ki, bu, bizim arzumuzdur. Mən inanıram ki, cənab Prezidentimizin köməkliyi sayəsində yenə də Dəmir Yumruq işə düşəcək və həmyerlilərimiz öz torpaqlarına qayıdacaq.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahmud Mammadov
    Yadınıza indi düşüb Musa müəllim (müəllim deməyə də dilim gəlmir, alverçi, yüksək səviyyəli)!Gəncədən bir deputatı, daha deputata oxşayan xanımı seçdirirsiniz, utanmırsınlz? Hansı Qərbi Azərbaycan siz ki, döyüşə kimisə göndərmirsiniz, diz tırka verirdiniz bəlkə kişiliyi izi yada sakasınlz, ay filankəs...
    4 years ago