“Məsələdə Qərbin oyunu var. Ermənistanı inandırmaq istəyirlər ki, siz KTMT-də olmalı deyilsiniz”.
Bunu Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
Qeyd edək ki, sentyabrın 12-si Ermənistan-Azərbaycan sərhədində gərginlikdən sonra baş nazir Nikol Paşinyan KTMT qüvvələrini ölkəsinin köməyinə çağırıb. Döyüşlərin getdiyi vaxt təşkilat İrəvanın müraciətinə məhəl qoymayıb. Lakin KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov başda olmaqla, bölgəyə xüsusi monitorinq qrupu gəlib. Sezar pizza
Tofiq Abbasov qeyd edib ki, KTMT-nin Ermənistanla bağlı ciddi planı yoxdur:
“Ermənistan məsələnin beynəlxalq çərçivəyə çıxmasını və dünya ölkələrinin Azərbacanla üz-üzə gəlməsini istəyir. KTMT-də Azərbaycanla yaxşı münasibəti olan üzv ölkələr var. Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan Azərbaycana qarşı pis yöndə addım atmaz. Rusiya başda olmaqla, hər bir ölkə məsələyə təmkinlə yanaşır, bilirlər ki, məsələnin alt qatında hansı motivlər durur.
Bu məsələdə Qərbin oyunu var. Ermənistanı inandırmaq istəyirlər ki, siz KTMT-də olmalı deyilsiniz. Faktiki olaraq Ermənistanı Paşinyan yox, Qərb və Rusiya idarə edir. Buna görə də Ermənistan avara vəziyyətində qalıb. Qərb təbliğatı Rusiyanı erməni cəmiyyətinə düşmən kimi göstərməyə yönəlib. Nəticə göz qabağındadır. Ermənistanda fəaliyyət göstərən siyasi texnoloqlar, ekspertlər Rusiyanın düşmən ölkə olduğunu, KTMT-ni tərk etməli olduqlarını bildirirlər. Bəyanat verirlər ki, Ermənistan demokratik ölkə olduğu üçün Qərbin ayrılmaz hissəsidir”.
T.Abbasov əlavə edib: “27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinə silahlı hücum, 1 mart 2008-ci ildə dinc nümayişçilərin gülləboran etmə, Xocalı terrorunu törətmə və s. Qərbin demokratiyasıdır? Hər kəsə məlumdur ki, Antanta dövründən Qərb Ermənistanı alət kimi istifadə edib. İndi də məqsədləri Ermənistanı Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya qoymaqdır”.
Nəsimi Ələsgərli
Telegram kanalımız