“Nə ABŞ , nə də Qərb ölkələri Ukraynaya Rusiya ilə hərbi əməliyyatlarda vəd etdikləri silahı vermədi. Humanitar yardımlar və maliyyə yardımı yetəri qədər olsa da, silah yardımında Avropa Birliyi və ABŞ-ın söz verdiyi və qanunvericilikdə qəbul etdiyi bəzi yardım paketlərini Ukrayna hələ də almayıb”.
Bunu “Yeni Sabah”a açıqlmasında politoloq Yeganə Hacıyeva deyib.
Politoloq qeyd edib ki, Ukraynanın şəhərləri dağıdılmamışdan öncə sülh danışıqları fayda verə bilərdi. Ancaq Mariupolda 22 min mülki vətəndaşın ölümündən və şəhərlərin dağıdılmasından sonra Ukraynanın Rusiya ilə sülh imzalaması istər ABŞ, istərsə də Qərb ölkələrinin geri çəkilməsi deməkdir: “Bu geri çəkilmək Rusiyanın güclü və yaxud Ukraynanın zəif olduğu mənasına gəlmir, sadəcə Ukraynaya vəd edilən dəstək yetərincə olmadı. Dominos pizza
Rusiya Ukraynanın şəhərlərini dağıtmaqla yanaşı qlobal ticari nəqliyyat yollarını ələ keçirib, daşınmalara təhlükə yaradıb və dayanmalar səbəbilə beynəlxalq ərzaq çatışmazlığına şərait yaradıb.
Dünya üzrə taxıl istehsalına görə ilk üçlükdə yer alan Ukraynada taxıl rezervlərini ələ keçirən Rusiya həmin qəniməti satmaqda sellektiv seçim ilə qiymətlərin qalxmasına səbəb olub. Ukraynada keçirdiyi hərbi əməliyyatlarda Rusiya Ukraynanın iqtisadiyyatında önəmli olan əsas gəlir sahələrini, eneji resurslarını, əlvan metal ehtiyatları ilə zəngin olan bölgələrini ələ keçirib.
Müharibənin ilk günlərindən ABŞ-ın və Avropanın yalnış kəşfiyyat məlumatları səbəbi ilə yalnış addımlar atıldı və indiki dramatik vəziyyət ortaya çıxdı. Ukraynanı Rusiya ilə müharibəyə təhrik edən ABŞ, Avropa vaxtında düzgün addımlar atmadığı üçün bütün dünyada iqtisadi böhranın formalaşmasına səbəb oldu. Sanksiyaların tətbiqi, Ukraynadakı müharibə üzündən kəskinləşən cəmiyyət qarşı durması, hakim qrupun monolitliyin sınması, ayrıfikirli qruplara bölünməsi Rusiya dövləti üçün ağır şərtlər formalaşdırır. Ukrayna bu müharibədə texniki olaraq zərər görübsə, Rusiya mənəvi-ideoloji olaraq zərər görüb.
Əsas olaraq bunu bilmək lazımdır ki, Rusiya ABŞ-ın Avropada müttəfiqlərindən biri idi.
ABŞ-ın üzdə Rusiya ilə görünən bu düşmənçiliyi iqtisadi anlamda çoxda dərin düşmənçilik deyildi. Rusiya biznes elitası ABŞ-a bağlı dairələrin çoxluğu xarakterik idi. Rusiyanın daxilində ikinci ən böyük investor ABŞ-dır.
Keçən aydan artıq Rusiya üçün tətbiq etdiyi uzun müddətli sanksiyalara Çin də qoşulmaq məcburiyyətində qaldı. Çünki Çin ideologiyasının əsasını azad iqtisadiyyat təşkil edir. Rusiya ilə əməkdaşlıq bir neçə Çin şirkətini sanksiyalar siyahısına saldı. Bu isə azad bazar fəlsəfəsini mərkəzi ideologiya etmiş Çin hökuməti üçün daxildə narazılıqlar yaratdı.
Vəziyyətdən çıxmaq üçün Çin Rusiyada bir sıra satış şirkətlərinin fəaliyyətini dayandırdı. Qarşılıqlı olaraq isə Rusiya Bankları Çinin milli valyutasında satışa qadağa qoyub.
Belə nəticə çıxarmaq olar ki, sanksiya paketləri Rusiyaya qarşı qoyulan qadağalar bizlərin gördüyü üzdə olan proseslərdir, görə bilmədiyimiz daha ciddi proseslər var”.
Nəsimi
Telegram kanalımız