Prokurorluq polkovnik-leytenantın oğlunun öldürülməsi barədə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq polkovnik-leytenantın oğlunun öldürülməsi barədə məlumat yaydı

Hadisə

09 Oktyabr 2025 12:34 413


Gəncə Şəhər Prokurorluğu 16 yaşlı məktəbli Vaqif Rəfibəylinin öldürülməsi ilə bağlı məlumat yayıb. 

Qurumdan "Yeni Sabah"a bildirilib ki, oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dominos pizza

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Xatırladaq ki, Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb. Polkovnik-leytenant R.Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanasında rejim-nəzarət şöbəsinin rəisi vəzifəsini icra edib. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!