Qətər qazı 2024-də Almaniyaya tədarük olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Qətər qazı 2024-də Almaniyaya tədarük olunacaq

Dünya

20 May 2022 16:51 694


Qətər 2024-cü ildə Almaniyaya mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə başlamağa ümid edir.

Yenisabah.az "Handelsblatt" qəzetinə istinadla xəbər verir ki, bunu Qətər Baş nazirinin müavini Şeyx Məhəmməd bin Əbdülrəhman əs-Sani bildirib.

“İstəyirik ki, "Qatar Energy"nin 70% paya sahib olduğu Texasdakı "America Golden Pass" LNG zavodumuz 2024-cü ildə Almaniyaya tədarük üçün hazır olsun”, - deyə o, qeyd edib. pizza sifarişi

Daha sonra Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani Berlində Almaniya kansleri Olaf Şolz ilə danışıqlar aparacaq.

Almaniyanın LNG terminalları tikmək planları ölkə Rusiyadan daha ucuz qaz idxalını dayandırmaq üçün mübarizə apardığı bir vaxtda sürət qazanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!