Qətər yeni atəşkəs sazişi təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Qətər yeni atəşkəs sazişi təklif etdi

Dünya

25 Yanvar 2024 09:37 469


Qətər İsrailə və HƏMAS-ф hərəkatına atəşkəs təklifi təqdim edib.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bu barədə danışıqlarla tanış olan mənbələr danışıb.

Onların sözlərinə görə, plan Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini nəzərdə tutur və öz növbəsində, İsrail də bəzi fələstinli məhbusları azad etməli olacaq. Razılaşmada anklava humanitar yardımdan da bəhs edilir. Onun həcmi artmalıdır. pizza hut

Atəşkəsin əldə edilməsinə İsrailin Qəzzada HƏMAS tamamilə məhv edilənə qədər əməliyyatı davam etdirməsi ilə bağlı bəyanatları mane olur.

Bundan əvvəl əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Qətər hakimiyyətinin Qəzza zolağında böhranın həlli üçün vasitəçilik səylərini davam etdirdiyini bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!