Qətiyyən içməməli olduğunuz 3 vitamin

saytların hazırlanması

Evə çatdırılma

Qətiyyən içməməli olduğunuz 3 vitamin

Sağlamlıq

03 Aprel 2025 15:36 1104


Son illərdə vitamin və qida əlavələrinə maraq artıb. İnsanlar sağlamlıqlarını qorumaq və immun sistemlərini gücləndirmək üçün müxtəlif vitaminlərə üstünlük verirlər. Lakin amerikalı mütəxəssislər bəzi vitamin əlavələrinin zərərli ola biləcəyi barədə xəbərdarlıq ediblər. Onların fikrincə, bu əlavələr sağlamlığa ciddi təhlükə yarada bilər.  

Yenisabah.az insan orqanizmi üçün ciddi zərərləri olan 3 vitamin əlavəsini təqdim edir:

A Vitamini əlavələri Dominos pizza

A vitamini görmə qabiliyyəti, immun sistemi və dəri sağlamlığı üçün vacib olsa da, həddindən artıq qəbul edildikdə zəhərlənməyə səbəb ola bilər. Xüsusilə, sintetik A vitamini əlavələri qaraciyər üçün zərərli ola bilər. Həkimlərin bildirdiyinə görə, qida rasionunda yetərli miqdarda A vitamini olan insanlar əlavə olaraq bu vitamini qəbul edərsə, sümüklərin zəifləməsi və hətta qaraciyər zədələnməsi kimi ciddi problemlərlə üzləşə bilərlər. Bunun əvəzinə, A vitaminini təbii mənbələrdən – yerkökü, ispanaq və balıq yağından almaq tövsiyə edilir.  

E Vitamini əlavələri  

E vitamini güclü antioksidant kimi tanınır və hüceyrələri zədələnmədən qorumağa kömək edir. Lakin mütəxəssislər bildirirlər ki, süni E vitamini əlavələri xüsusilə yüksək dozada qəbul edildikdə ciddi fəsadlara səbəb ola bilər. Tədqiqatlar göstərir ki, uzun müddət yüksək dozada E vitamini qəbulu ürək-damar problemləri və hətta insult riskini artıra bilər. Təbii E vitamini mənbələri olan qoz-fındıq, bitki yağları və yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etmək daha məqsədəuyğundur.  

Biotin (B7 vitamini) əlavələri

Son illərdə biotin əlavələri saç və dırnaq sağlamlığını yaxşılaşdırmaq məqsədilə geniş yayılıb. Ancaq mütəxəssislər bildirirlər ki, biotinin həddindən artıq qəbulu hormon balanssızlığı və laborator analizlərdə yanlış nəticələrə səbəb ola bilər. Xüsusilə, ürək xəstəlikləri ilə bağlı testlərdə biotinin təsiri nəticəsində səhv diaqnozlar qoyula bilər. Buna görə də, yalnız biotin çatışmazlığı olan insanlar həkim məsləhəti ilə bu vitamini qəbul etməlidir.  

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!