Qətlə yetirilən iki uşaq atası Hüseyn Feyzullayevin GÖRÜNTÜLƏRİ

saytların hazırlanması

Evə çatdırılma

Qətlə yetirilən iki uşaq atası Hüseyn Feyzullayevin GÖRÜNTÜLƏRİ

Kriminal

15 Avqust 2024 19:47 1468


Bu gün Göyçayda baş verən qətlin bəzi təfərrüatı məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun mərkəzində, "Dörd yol" deyilən ərazidə qeydə alınıb.

Hadisə söyüş üstündə baş verib. Pepperoni pizza

Şahidlərin sözlərinə görə, marketin önündə söhbət edən zaman Hüseyn Səidin ünvanına nalayiq ifadələr səsləndirib. Aralarında baş verən mübahisə əlbəyaxa davaya çevrilib. 17 yaşlı yeniyetmə davadan sonra evə qayıdıb və yaşadığı mənzildən gətirdiyi bıçaqla Hüseynə ağır zərbələr endirib.

Əslən Göyçay rayon Çayarxı kəndindən olan Hüseyn Feyzullayev Bakı şəhərində yaşayıb. İki övlad atası olan Hüseyn valideynlərinin hər ikisini illər əvvəl itirib. O, bir neçə gün əvvəl Bakıdan əmisigilin yaşadığı Çayarxı kəndinə gedib. Hüseyni öldürməkdə şübhəli bilinən Səid Bayramlı əslən Kəlbəcər rayonundandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!