Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin aprel ayı üçün sayı təqdim olunub.
"Yeni Sabah" xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikasının ixracı 4,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard ABŞ dolları və ya 34 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 415 milyon ABŞ dolları olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 59 milyon ABŞ dolları və ya 16,5 faiz artıb. Bu ilin birinci rübü ərzində Rusiyaya 115 milyon, Türkiyəyə 99 milyon, Gürcüstana 50 milyon, İsveçrəyə 33,7 milyon və İrana 12,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk üç ayında Rusiyaya qeyri-neft ixracı 17%, Türkiyəyə 2%, Gürcüstana 58%, İtaliyaya 74% artıb. pizza sifarişi
2019-cu ilin I rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (38,4 milyon ABŞ dolları) ikinci və mahlıc (37,4 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2019-cu ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 103,5 milyon, elektrik enerjisinin ixracı 38,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 48,4 milyon, pambıq lifi ixracı 37,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 17,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,5 milyon, pambıq ipliyi ixracı 6,4 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 50 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, pambıq ipliyinin ixracı 34 faiz, meyvə-tərəvəzin ixracı 28 faiz, elektrik enerjisinin ixracı 13 faiz artıb.
2019-cu ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133,7 milyon ABŞ dolları təşkil edib. Bu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə (35,7 milyon ABŞ dolları), Rusiyaya (33,3 milyon ABŞ dolları) və Gürcüstana (13,2 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (13,7 milyon ABŞ dolları) birinciliyi ələ alıb. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 12,3 milyon ABŞ dolları) ikinci, daranmaya məruz qalmamış pambıq lifi (11,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
“İxrac İcmalı”nın aprel sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC,"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC, "TST Export" MMC, "Sun Food" MMC, “Azhazelnut” MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Baku Steel Company" MMC, "Azerstar" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Bakı Neft Maşınqayırma Zavodu" TASC, "Azəripək" MMC, "Azərbaycan Dəmir Yolları" QSC.
Telegram kanalımız