“Qəza keçirdim, fransız və alman dillərimdə problem yarandı” - Razi Nurullayev

saytların hazırlanması

Evə çatdırılma

“Qəza keçirdim, fransız və alman dillərimdə problem yarandı” - Razi Nurullayev

Siyasət

02 May 2021 18:14 998


Azxəbər.com-da "Onun 10 cavabı" layihəsinin qonağı olan millət vəkili Razi Nurullayev illər öncə keçirdiyi ağır qəzadan danışıb.

Yenisabah.az xəbər verir ki, Razi Nurullayev qəzadan sonra yaddaşında, fransız və alman dillərində problem yarandığını bildirib:

"O qəza çox fəlakətlər törətdi. Həm yoldaşım, həm də özüm onun əzabını hələ də çəkirik. Qəzadan sonra sonuncu əməliyyatımız bir il öncə oldu. Buna görə heç onu unutmağa vaxtımız olmadı. Pepperoni pizza

O deyib ki, qəzadan sonra alman və fransız dili biliklərində problem yaranıb: 

"Mənim başım zədələnmişdi. Beynimdə dil biliklərim var. Qəzadan sonra fransız və alman dillərimdə problem yarandı. Yaddaşımda müəyyən problemlər yarandı. 

Diqqətimin formalaşmasında, fokuslanmasında problemlər oldu. Bütün bunlar yavaş-yavaş aradan qaldırılır. Amma hələ də onun ağrılarını yaşamaqdayıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!