Qəzetlər fəaliyyətini dayandırır...

Qəzetlər fəaliyyətini dayandırır...

Yazar

01 Fevral 2019 15:31 991


Xəbər verdiyimiz kimi, ötən gün KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları dəyişdi. Yeni şərtlər isə bir sıra qəzetlər üçün qeyri-real olduğundan, bu o demək idi ki, həmin qəzetlərə maaliyyə yaardımı dayandırılacaq. Bunu nəzərə alan KİVDF həmin qəzetlərin rəhbərliyinə müraciət edərək bundan sonra fəaliyyəti onlayn formada davam etdirməyi tövsiyə edib. 

“Yeni Sabah” xəbər verir ki, artıq bir sıra qəzetlər yaranmış yeni situasiyanı dəyərləndirərək operativ qərar qəbul ediblər. Məsələn, KİVDF-nin iclasından az sonra “Bizim Yol” qəzeti fəaliyyətini dayandırdığını bəyan edib. Bu gün isə “Unikal” qəzeti analoji addım atıb. 

Əldə etdiyimiz xəbərə görə, gündəlik nəşr olunan “Şərq” qəzeti fərqli taktika seçərək həftədə iki dəfə nəşr olunmaqla öz fəaliyyətini davam etdirmək niyyətindədir. Amma bununla bağlı hələliuk yekin qərar yoxdur. Qeyd edək ki, belə bir ehtimalı “Bizim Yol” qəzetinin rəhbəri Bahəddin Həzeyev də səsləndirib və həftədə bir dəfə nəşr olunmaqla fəaliyyyəti davam etdirməyin mümkünlüyünü bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!