Xəbər verdiyimiz kimi, KİVDF qəzaetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları dəyişib və yeni şərtlərə görə bu vaxta qədər dövlətdən maliyyələşən qəzetlərin əksəriyyəti bu məbləğdən məhrum olacaq.
“Yeni Sabah” qurumun elan etdiyi yeni şərtlərin siyahısını təqdim edir:
Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər: pizza
- Son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər;
- Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"ya düşən qəzetlər
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi"qara siyahı"dan çıxarılan qəzetlər
(1 il müddətində)
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər
(6 ay müddətində)
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar;
Maliyyə yardımının şərtləri:
- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 60000 (altmış min) manat müəyyən edilmişdir.
Hər KİV bir layihə təqdim edə bilər.
Sənədlər 2019-cu il fevralın 1-dən martın 28-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Telegram kanalımız