Qəzetləri nə xilas edə bilər?

saytların hazırlanması

Evə çatdırılma

Qəzetləri nə xilas edə bilər?

Rəqəmsal

13 Fevral 2019 21:31 1230


Çap məhsullarının, o cümlədən qəzet və jurnalların çapı, satışı və yerləşdirdiyi reklam üçün ƏDV-nin götürülməsi məsələsi yenidən gündəmə gəlib. Məqsəd xərcləri azaltmaq və reklam hesabına gəliri artırmaqla qəzeti ayaqda saxlamaqdır. 

“Yeni Sabah” xəbər verir ki, iqtisadi şərhçi Samir Əliyev bildirib ki, yaranan durumla bağlı əslində əsas səbəb qəzet sahiblərinə məlum olsa da, onlar nədənsə real diaqnozu qəbul etmirlər, möcüzə yaradacaq resept axtarışını davam etdirirlər: “Əlbəttə bu məsələdə bizdən asılı və asılı olmayan səbəb var. Bizdən asılı olmayan səbəb dünyada müşahidə edilən tendensiyadır. Onlayn xəbər saytları hətta dünyanın aparıcı qəzetlərinin başağrısna çevrilib.

Bəs bizdən asılı olan səbəb? Onu aradan qaldıra bilirikmi?  pizza hut

Qəzet rəhbərləri "Oxucu mənim qəzetimi niyə almalıdır?" sualına əsaslandırılmış cavab verə bilirlərmi? Sualı bir qədər dəyişək. Oxucu qəzeti oxuduqda ölkədə baş verən proseslər barədə obyektiv məlumat ala bilirmi? Nəzərə almaq lazımdır ki, çap qəzetinin pulsuz və operativ xəbər verən online qəzet kimi rəqibi var, hər ikisinin isə Facebook kimi obyektiv, senzurasız, sərbəst çıxış olan rəqibi var. Ona görə də qəzetlərin böhrandan çıxmaq reseptini mövzu və xəbər azadlığında görürəm. Oxucular ölkədə baş verənləri sosial şəbəkələrdən yox, mətbuatdan eşitməlidirlər. Məhz bu halda qəzetləri oxuyanları sayı artar, bununla da reklam cəlb edə bilər.

Fikrimcə, qəzetlərdən ƏDV-nin götürülməsi problemi həll etməyəcək, hərçənd ki bunun əleyhinə deyiləm. Problem heç də təkcə onlayn mətbuatdan qaynaqlanmır. Problem mətbuatın özündədir. Oxucu mətbuat vasitəsilə real mənzərəni görə bilmir. Bu problem aradan qalxmayınca, heç bir resept mətbuatı böhrandan çıxara bilməyəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!