Qırğız Respublikasının Prezidenti Azərbaycana səfərə yola düşüb

saytların hazırlanması

Evə çatdırılma

Qırğız Respublikasının Prezidenti Azərbaycana səfərə yola düşüb

Xalqın səsi

19 Aprel 2022 15:19 932


Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə yola düşüb. 

“Report” dövlət başçısının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində S.Japarov Azərbaycan Prezidenti İlham Əlıiyevlə, Milli Məslisin sədri Sahibə Qafarova ilə danışıqlar aparacaq, işgüzar dairələr nümayəndələri ilə görüş keçirəcək. Danışıqlarda iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və sair sahələrdə iki və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Qırğız Respublikası nümayəndə heyətində xarici işlər naziri Ruslan Kazakbayev, Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Jeyenbek Qulubayev, kənd təsərrüfatı naziri Əsgərbek Canıbekov, rəqəmli inkişaf naziri Talantbek İmanov, nəqliyyat və rabitə naziri Erkinbek Osoyev, iqtisadiyyat naziri Daniyar Amangəldiyev var. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!