Qırğızıstan Qazaxıstana nota verdi

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstan Qazaxıstana nota verdi

Siyasət

09 Yanvar 2022 18:39 1337


Qırğızıstan hakimiyyəti Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı Qazaxıstana nota göndərib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.

Onun sözlərinə görə, Qırğızıstan tərəfi Qazaxıstan hüquq-mühafizə orqanları əməkdaşlarının Qırğızıstanın “hörmətli vətəndaşı, musiqiçisi və ictimai xadimi”nə qarşı əsassız ittihamlarından “inciyib”. pizza

Taşiyev əmin olduğunu bildirib ki, Qazaxıstanda saxlanılan qırğız musiqiçisi Vikram Ruzaxunov terrorçu ola bilməz: “Çox güman ki, o, yanlış zamanda yanlış yerdə ola bilərdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!