Qırğızıstanda yeni xarici işlər naziri təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanda yeni xarici işlər naziri təyin edildi

Dünya

29 Aprel 2022 21:28 580


Qırğızıstan Prezidenti Sadır Japarov Jeenbek Kulubayevin xarici işlər naziri təyin edilməsi haqqında fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Aprelin 22-də Japarov Ruslan Kazakbayevi xarici işlər naziri vəzifəsindən azad edib. Sabiq nazir iki dəfə xarici siyasət idarəsinə rəhbərlik edib. Birinci dəfə - 2010-2012-ci illərdə, ikinci - 2020-ci ildən 2022-ci ilə qədər. Kazakbayevin istefasının səbəbləri barədə məlumat verilmir. pizza sifarişi

Həmin gün dövlət başçısı əvvəllər Prezident Administrasiyasının xarici siyasət şöbəsinə rəhbərlik etmiş Kulubayevi XİN rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib. Aprelin 27-də Qırğızıstan parlamenti Kulubayevin namizədliyini təsdiqləyib.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!