Qırğızıstanın müdafiə naziri Azərbaycanda komando hərbi hissəsində oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qırğızıstanın müdafiə naziri Azərbaycanda komando hərbi hissəsində oldu - Fotolar

Siyasət

08 İyul 2023 18:57 1105


Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılmış abidəsi və Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Dördpendirli pizza

Nümayəndə heyəti hərbi institutun qərargahında fəxri qonaqlar üçün xatirə kitabına ürək sözlərini yazıb.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov qonaqlara Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar, bu istiqamətdə icra olunan tədbirlər barədə məlumat verib.

Hərbi institutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim edilib.

Qonaqlar hərbi institutun ərazisindəki Heydər Əliyev İdeoloji Mərkəzi ilə tanış olublar.

Sonra hərbi institutda təhsil alan qırğız kursantlarla görüş keçirilib. Qonaqlar burada şəxsi heyət üçün yaradılan şərait və tədris prosesi ilə tanış olublar.

Daha sonra Qırğızıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində olub. Burada qonaqlara hərbi hissə haqqında məlumat verilib və videoçarx nümayiş etdirilib.

Qırğızıstanlı nümayəndələr hərbi hissədə komandolar üçün yaradılan şəraitlə tanış olub. Hərbi hissənin istifadəsində olan silah və döyüş texnikası təqdim olunub.

Sonra qonaqlar komandoların nümunəvi məşqlərini izləyiblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!