“Qırmızı Körpü” gömrüyündə nə olub? -   450 avtomobil...

saytların hazırlanması

Evə çatdırılma

“Qırmızı Körpü” gömrüyündə nə olub? - 450 avtomobil...

İqtisadiyyat

06 May 2025 16:38 1318


Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir.

“Yeni Sabah” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 98, Biləsuvar gömrük postunda 125, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 87 yük maşını var. pizza sifarişi

Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!