Qırmızı Körpüdə nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Qırmızı Körpüdə nə baş verir?

Rəsmi

02 May 2019 17:29 1502


Bu gün saat 19:35 dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı xəbərə görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!