Qırmızı lenti yeni kəsilən yol çökdü

saytların hazırlanması

Evə çatdırılma

Qırmızı lenti yeni kəsilən yol çökdü

Rəsmi

25 Mart 2019 21:46 1116


Yardımlıda yeni çəkilmiş avtomobil yolunda torpaq sürüşməsi qeydə alınıb.

Təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi avtomobil yolundan çökmələrə səbəb olub. Sürücülərin sözlərinə görə, əvəllər kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq kəndində müşahidə olunur.

Burada asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi bir metr enində qısalıb. Bu da avtomobillərin hər iki istiqamətdə hərkətini çətinləşdirir.  Toyuqlu pizza

"Yardımlının Çanaqbulaq kəndi ilə yanaşı, yolun Ərsilə və Arus kəndlərindən keçən hissələrində də sürüşmə aktivləşib”, - sürücü Qaçay Məmmədov narahatlığını dilə gətirib.  

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın günlərdə Cəlilabad-Yardımlı avtomobil yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Bu zaman sürüşməyə məruz qalmış hissələrin də təmiri həyata keçiriləcək.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!