Topaz Premyer Liqasının 23-cü tur çərçivəsində keçirilən “Neftçi” – “Zirə” (4:2) matçının sonunda “Neftçi”nin hücumçusu Dabo Baqali ilə “Zirə”nin futbolçusu Bəxtiyar Həsənalızadə arasında xoşagəlməz hallar yaşanıb.
“Zirə”nin müdafiəçisi Bəxtiyar Həsənalızadə “Yeni Sabah”a açıqlamasında bildirib ki, oyununun əvvəlindən Dabo ilə aralarında olan gərginlik və oyun sonunda da onun qeyri-etik hərəkət göstərməsi belə nəticələnib:
“Amma bu sadəcə bir gərginlik idi, məncə böyüdüləsi bir şey yoxdur. Məğlub olmağımız da bizə pis təsir göstərir. Bu səbəbdən vəziyyət o qədər də yaxşı olmur və bu cür hallar yaşanır. Belə gərginlik də 1 gün çəkir, 2 gün çəkir, sonra unudulur. Əslində, reaksiya verməli deyildim, amma verdim”. pizza sifarişi
Hadisə zamanı hakimin Orxan Sadıqlıya qırmızı vərəqə verməsindən narazı qalan müdafiəçi, qırmızı vərəqənin Daboya da verilməli olduğunu söyləyib:
“Hakim oyun zamanı İlkin Muradova qırmızı vərəqə verdi, buna bir şey deyə bilmərəm. Lakin Orxan Sadıqlıya verdiyi qırmızı vərəqə haqsız idi. Əgər qırmızı vərəqə veriləsiydisə, o zaman Daboya da verilərdi. Çünki gərginliyin yaranmasının səbəbkarlarından biri də o idi. Orxan Sadıqlı sadəcə aranı sakitləşdirmək istəyirdi. Bilmirəm, bəlkə də hakim onu kimləsə səhv saldı. Oyun ərzində də Dabonun əlavə hərəkətləri olurdu. Mənə müdaxiləsi oldu və hakim həmin epizodda sarı vərəqə vermədi, gətirib axırda sarı vərəqə göstərməsi düzgün deyildi. Nə deyim vallah, söz tapmıram”.
Naibə Məmmədova
Telegram kanalımız