Qış qapıdadır, Əzrayıl isə çoxdan evlərə daxil olub -   Qurban olmamaq üçün nə etməli?

saytların hazırlanması

Evə çatdırılma

Qış qapıdadır, Əzrayıl isə çoxdan evlərə daxil olub - Qurban olmamaq üçün nə etməli?

Sosial

12 Noyabr 2019 09:18 1097


Havalar biraz soyuyan kimi dəm qazından boğulma halları baş verir. Son günlərdə də bir neçə belə hadisə müşahidə olunub. 

Hər il onlarla ailənin ocağını söndürən bu təhlükədən necə qorunmaq olar?

Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin baş həkimi Azər Maqsudov “Yeni Sabah”a bildirib ki, təkcə ötən həftə dəm qazından 6 nəfər zəhərlənib: Marqarita pizza

“Hələ havalar çox soyumadığı üçün müraciətlər elə də çox deyil. Bu həftə ərzində cəmi 6 nəfər məsləhət alıb, klinikaya daxil olan yoxdur. Lakin havalar soyuduqca müraciətlərin sayı da artacaq". 

Onun sözlərinə görə, zəhərlənmələrin böyük bir qismi hamam otağında baş verir:

"Dəm qazından boğulmamaq üçün ilk öncə qazla işləyən cihazlara xüsusi fikir vermək lazımdır. Bu cihazlar sanitar rejimə uyğun olmalıdır. Çox vaxt hamam otaqlarında qoyulan qaz cihazları bu şəraitə uyğun olmur. Həmin cihazların havaya birbaşa çıxışı olmalıdır. Açıq havaya çıxışı olsa, boğulmaların qarşısı 80-90% alınacaq. Hamam otağında mütləq nəfəslik olmalı və daim açıq qalmalıdır. Bundan əlavə hamam otağının qapısını içəridən kilidləmək də təhlükəlidir. Çünki zəhərlənmə halı baş verdikdə qapını açana kimi də vaxt gedir. Əgər boğulan şəxsin huşu özündədirsə, o insanı həyata qaytarmaq asandır. Amma huşu özündə deyilsə, artıq vaxtla mübarizə başlayır. Belə halda tez bir zamanda təcili yardım çağrılmalı və həmin şəxs toksikoloji mərkəzə gətirilməlidir”.

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!