Qış yenə sərt üzünü göstərir: Qar yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Qış yenə sərt üzünü göstərir: Qar yağacaq

Sosial

21 Yanvar 2024 12:47 475


Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Günün ikinci yarısından fasilələrlə yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək.  Dördpendirli pizza

Havanın temperaturu gecə və gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!