Qışda nağıla bənzəyən 5 şəhər - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Qışda nağıla bənzəyən 5 şəhər - FOTOLAR

Turizm

15 Dekabr 2023 16:28 28843


Bəzilərinin fikrincə, qış ən füsunkar atmosferə malik fəsillərdən biridir. Xüsusən də, elə şəhərlər var ki, onlar təmiz ağ qarın altında qalır və bu atmosferi daha da bənzərsiz edir. Təbii ki, elə ölkələr də var ki, orada yay qışda olur. Nə olursa-olsun, qışda hansı mövsümü yaşamaq istədiyinizdən asılı olaraq seçə biləcəyiniz bir çox istiqamət var. 

Yenisabah.az sözügedən yerləri təqdim edir: 

1 - Hallstatt, Avstriya  pizza mizza

Hallstatt, göl kənarında kiçik bir kənd olsa da, böyük gözəlliyə malikdir. Dörd fəsil boyu gözəl mənzərələr təqdim edən Hallstatt qışda tamamilə fərqli görünüşə bürünür. Dünyanın ən gözəl kəndlərindən biri kimi seçilən bu yer qış mövsümünü əsrarəngiz keçirir. 

2 - Praqa, Çexiya 

Avropanın ən gözəl və özünəməxsus şəhərlərindən biri Praqa qış aylarında öz gözəlliyini daha da artırır. Xüsusilə Milad dövründə təşkil edilən bazarlar şəhərə tamamilə başqa ab-hava qatır. Səyahət üçün bir çox yerlərə ev sahibliyi edən şəhəri bu qış marşrutunuza daxil edə bilərsiniz. 

3 - Phuket, Tayland 

Elə insanlar var ki, qış aylarını və soyuğu sevmirlər. Onlar bütün fəsillərdə yay aylarını yaşamaq istəyirlər. Yayı qışda yaşamaq istəyənlər üçün Taylandın Phuket adası mükəmməl bir yerdir. Dəniz, qum, günəş, məbədlər və füsunkar bir atmosferin hakim olduğu şəhər. 

4 - Bergen, Norveç 

Norveçdə qış adətən nağıla bənzəyir. Ölkənin ən gözəl şəhərlərindən biri olan Bergen memarlığı ilə bura əvəzolunmaz bir ab-hava qatır. Şəhər Avropanın ən böyük kruiz gəmi limanına ev sahibliyi edir. Bergenin əfsanəvi mənzərəsi ilə yanaşı, təbiətdən də doyunca zövq ala bilərsiniz. 

5 - Rovaniemi, Finlandiya 

Santa Klausun məskəni olaraq tanınan Rovaniemi Şimal İşıqları ilə eyniləşdirilir.Rovaniemi, qış dedikdə ağıla ilk gələn şəhərlərdən biridir. Arktik Dairədən 6 km məsafədə yerləşən bu kənddə səma bir başqa cür görünür. Özünüzü nağıllarda hiss etmək istəyirsinizsə, mütləq bura səyahət edin.

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!