Qışda yay havası: İnsan sağlamlığı üçün RİSK VAR

saytların hazırlanması

Evə çatdırılma

Qışda yay havası: İnsan sağlamlığı üçün RİSK VAR

Sosial

09 Fevral 2024 12:56 907


Fevral ayında ölkə ərazisində hava şəraitinin anomal isti keçməsi və temperaturun normadan artıq artmasından narahat olmağa dəyərmi?

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında hazırda bütün dünyada anormal hava şəraitinin hökm sürdüyünü xatırladıb:

“Bəzi yerlərdə həddən artıq soyuq, digərlərindən isə anomal isti müşahidə edilir. Sonuncu istilik tənzimi mexanizmlərinin pozulması ilə əlaqədardır. Bu, atmosfer qatında istiliyi tutub saxlayan karbon qazı və metanın cəmlənməsinin artması ilə izah olunur.  Pepperoni pizza

Əlbəttə, digər amillər də var. Yer kürəsi atmosferi elə optimal vəziyyətdədir ki, günəş şüalarının radiasiyasını və temperaturu müəyyən qədər qoruyub saxlayır. Əksinə olsaydı, gecələr planetdə elə soyuq yaşanardı ki, insanlar yaşaya bilməzdi. Bütün bu problemlərin yaranmaması üçün atmosferi qorumaq lazımdır. Bu baxımdan, atmosferi çirkləndirən metan, karbon qazı hazırkı vəziyyətin səbəbidir. Hesab edirəm ki, bu dərəcədə özünü büruzə verən temperaturun artımı və azalması təəccüblü deyil”.

Professorun sözlərinə görə, anomal hava insan sağlamlığına, bitki və heyvanların inkişafına təsir göstərir:

“Ayrı-ayrı növlər sıradan çıxır, insanların immun sistemi dəyişilir. Müxtəlif xəstəliklərin meydana çıxması üçün zəmin yaranır. COVID-19 pandemiyasının baş vermə səbəblərindən biri də qlobal istiləşməyə işarət edir”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!