"Azərbaycanda qiymətlərin bahalaşması ölkədə məhsul defisiti və ya idxalla bağlı deyil”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov “BBC Azərbaycan”a müsahibəsində deyib. O, bildirib ki, ərzaq məhsullarının qiymətinin bahalaşmasının subyektiv səbəbləri var.
“Xaricdən məhsul idxal edilərsə, ya da valyutanın məzənnəsi dəyişirsə, o zaman qiymət qalxa bilər. Azərbaycanda belədir ki, möhtəkirlər vəziyyətdən istifadə edib, bayramqabağı qiymətləri qaldırırlar”. Toyuqlu pizza
V. Əhmədov budəfəki qiymət bahalaşmasını Türkiyədə, İranda baş verən hadisələrlə əlaqəli ola biləcəyini ehtimal etsə də bildirir ki, Azərbaycanda qiymətlərin qalxmasının heç bir obyektiv əsası yoxdur:
"Ölkədə kifayət qədər ərzaq məhsulları istehsal olunur. Lakin dövlət özünü azı 80 faiz yerli istehsalla təmin etməlidir ki, təhlükəsiz dövlət hesab olunsun. Azərbaycan hələlik o səviyyəyə çatmır, lakin müəyyən ərzaq məhsullarının idxalı bahalaşmaya səbəb ola bilməz. Ölkədə yerli məhsul istehsal olunur, sadəcə sahibkarlar vəziyyətdən sui-istifadə edirlər. Kolxoz bazarı deyil ki, kim nə istəsə onu da etsin. Biz buraxa bilmərik kim nə istəyir, onu etsin. Cavabdeh qurumlar qiymət siyasəti ilə məşğul olmalıdırlar”.
Ağartı məhsullarına gəlincə, deputat bu məhsulların Azərbaycanda qiymətinin baha olması faktı ilə razıdır:
"Biz ağartı məhsullarını ixrac da edirik. Kimsə ölkədə məhsul çatışmazlığı var, qiymətlər ona görə bahadır deyirsə, mən bununla razılaşa bilmərəm. Sadəcə sahibkarlar anlamırlar ki, bu əhali bizimdir, qiymət üzərində bu qədər oynamaq olmaz”.
Telegram kanalımız