Dünya birjalarında qızılın kəskin bahalaşması fonunda Azərbaycanın daxili bazarında və nağd zərgərlik sektorunda da qiymətlər yüksəlib.
“Yeni Sabah” rəsmi göstəricilərə istinadən xəbər verir ki, hazırda qlobal bazarlarda qızılın bir troya unsiyasının qiyməti 4156 ABŞ dolları səviyyəsində qərarlaşıb. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) rəsmi məzənnəsinə əsasən isə 1 troya unsiyasının dəyəri rekord həddə — 7073.61 AZN-ə çatıb.
Qlobal birjalardakı bu artım daxili nağd qızıl bazarına və zinət əşyalarının satışına da birbaşa təsir göstərib. Hazırda daxili bazarda qızılın əyarından (karatından) və təmizliyindən asılı olaraq 1 qram üzrə təxmini qiymətlər aşağıdakı kimidir: Dominos pizza
999 əyar (Xalis qızıl / Külçə): -228 AZN
875 əyar (Səudiyyə / Körfəz qızılı): -200 AZN
750 əyar (İtalyan qızılı): -171 AZN
585 əyar (Türk / Rus qızılı): -134 AZN
583 əyar (Köhnə sovet qızılı): -133 AZN
Ekspertlər qeyd edirlər ki, mağazalarda və bazarlarda hazır zərgərlik məmulatlarının (üzük, sırğa, qolbaq və s.) satışı zamanı bu qiymətlərin üzərinə dizayndan və işin mürəkkəbliyindən asılı olaraq əlavə işçilik haqqı da hesablanır.
Cəlalə Cəlalqızı
Telegram kanalımız