Qızılca ilə bağlı ölkəyə vaksin gətirilir

saytların hazırlanması

Evə çatdırılma

Qızılca ilə bağlı ölkəyə vaksin gətirilir

Sağlamlıq

01 Mart 2019 12:52 1120


Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, yaxın günlərdə ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi UNİCEF-ə 160 min doza vaksinin ölkəyə gətirilməsi, başqa sözlə 160 min nəfərin vaksin edilməsi üçün sifariş verib. Vaksinlər böyüklərin immunizasiyası üçün istifadə edilləcək.

Mərkəz rəsmisi əlavə edib ki, vaksinlər gətirildikdən sonra nazirliyin əmrinə müvafiq olaraq, 18 yaşından yuxarı olan şəxslər ərazi poliklinikalarına müraciət edərək peyvənd edilə biləcəklər. pizza hut

A.Əliyeva qeyd edib ki, hazırda Azərbaycanda uşaqların immunizasiyası üçün kifayət qədər vaksin var.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!