Qızılca xəstəsi ilə təmasda olan şəxs karantinə alınır? 

saytların hazırlanması

Evə çatdırılma

Qızılca xəstəsi ilə təmasda olan şəxs karantinə alınır? 

Sosial

30 Yanvar 2024 15:24 518


Əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınması qanunla nəzərdə tutulmayıb. 

Bu barədə Yenisabah.az-a TƏBİB-dən məlumat verilib. 

Qeyd edilib ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər.  Dominos pizza

"Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır. 

Qeyd edək ki, xəstəlik vərəqi ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər", - deyə əlavə edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!