Qızılın qiyməti “əl yandırır”:  Azərbaycanda son durum...

saytların hazırlanması

Evə çatdırılma

Qızılın qiyməti “əl yandırır”:  Azərbaycanda son durum...

İqtisadiyyat

25 Yanvar 2026 12:20 936


Hələ də qızıl insanlar üçün ən etibarlı investisiyadır. Bu gün isə qızılın qiyməti rekord həddə çatıb.

Belə ki, dəyərli metalın qiyməti trua unsiyası üçün beş min dolları keçib. Bahalaşma ölkə bazarlarından da yan keçməyib.

Satıcılar AzTV-yə bildiriblər ki, qızılın alışı əvvəl 170 manat idisə, hazırda 200 AZN-ə çatıb, bu da alıcılar üçün çətinlik yaradır. Sezar pizza

Onlar bildirirlər ki, qiymət artdığı üçün hazırda müştərilər ən çox 585 əyarlı qızılı istəyirlər.

Qlobal bazarlarda qızılın qiymətinin artmasının bir çox səbəbləri var.

Buna qlobal iqtisadi və siyasi qeyri-müəyyənlik və ABŞ dollarının zəifləməsi gətirib çıxarır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!