“Qızlara ağ yaraşır” hədəfinə çatdı

saytların hazırlanması

Evə çatdırılma

“Qızlara ağ yaraşır” hədəfinə çatdı

Rəqəmsal

05 Oktyabr 2023 15:18 6915


“Azercell Telecom” və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” kampaniyası hədəfinə çatdı.

Ağ cüdoqi geyinərək sosial təşəbbüsə artıq min qız qoşulub! 

“Qızlara ağ yaraşır” sosial kampaniyası qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur. pizza sifarişi

Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyası tərəfindən məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Qızlar artıq mütəmadi olaraq məşqlərdə iştirak edir. 

İstəyirik qızlarımız cüdoqi geyinsin, çünki qızlara ağ yaraşır!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!