“Qızlarının ikisi də Fuaddan imtina edib, Zümrüd Yağmur isə...” – Əhəd Abıyev

saytların hazırlanması

Evə çatdırılma

“Qızlarının ikisi də Fuaddan imtina edib, Zümrüd Yağmur isə...” – Əhəd Abıyev

Siyasət

19 Sentyabr 2019 16:17 4482


Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun əmisi, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Selcan Yağmurun bu gün sosial şəbəkədə yazdıqlarına reaksiya verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Axar.az"a danışan Əhəd Abıyev bildirib ki, yalnız Selcan deyil, digər bacısı da Fuad Qəhrəmanlıdan imtina edib.

“Ailədə olan problemlərdən xəbərim var, boşanma üçün Zümrüdün məhkəməyə müraciət etdiyini də bilirəm. Onu da deyim ki, Selcanla bacısı Sanay Fuad Qəhrəmanlıdan çoxdan imtina ediblər. Selcan xaricdə təhsil alır, onun təhsil məsələsində narahatlıq yaranıb. Ona görə Bakıya gələcəm. Hər şey barədə ətraflı danışacam” - başçı bildirib. Marqarita pizza

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur bu gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!