QMİ: Bayram günlərində də sənədlər qəbul olunacaq

saytların hazırlanması

Evə çatdırılma

QMİ: Bayram günlərində də sənədlər qəbul olunacaq

Din

19 Mart 2025 11:13 1326


Həcc ziyarətinə getmək istəyən vətəndaşların Novruz və Fitr bayramı günlərində sənədlərini təqdim edəcəyi ünvanlar açıqlanıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri bununla bağlı vətəndaşlara müraciət edib.

Onun sözlərinə görə, Həccə sənədlərin qəbulu Novruz və Fitr bayramı günlərində də davam edəcək: pizza mizza

"Martın 24-29-da idarə və əməkdaşlıq etdiyimiz bank işləyəcək. Ona görə də vaxtın azlığını nəzərə alaraq Həcc niyyətində olan vətəndaşlardan sənədlərini təqdim etmələrini istəyirik".

Vətəndaşlar martın 25, 26, 27 və 28-də ABB filial və şöbələrinə yaxınlaşaraq xidmətlərdən istifadə edə bilər:

Bakı-Abşeron üzrə: Sumqayıt, Binəqədi, Yasamal, Sabunçu, Əhmədli, Əcəmi, Nizami, 1 saylı "ASAN xidmət", 2 saylı "ASAN xidmət", 3 saylı "ASAN xidmət", 5 saylı "ASAN xidmət" və 6 saylı "ASAN xidmət" mərkəzləri saat 10:00-17:00 arasında sənədləri qəbul edəcək.

Mərdəkan, Suraxanı, Yeni Sumqayıt, Nərimanov, Səbail, Gənclik, Nəsimi, Şərifzadə, Xırdalan və Xətaidə isə sənəd qəbulu saat 10:00-dan 14:00-dək ABB filiallarında aparılacaq.

Regionlara gəldikdə isə Gəncə, Şəki, Lənkəran, Şəmkir, Naxçıvan, Tovuz, Mingəçevir, Gəncə Mərkəz və İmişlidəki ABB filiallarında Həccə sənəd qəbulu həyata keçiriləcək.

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlindək davam edəcək.

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. 1 nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!