QMİ builki fitrə zəkatının məbləğini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

QMİ builki fitrə zəkatının məbləğini açıqladı

Din

17 Fevral 2026 12:11 612


Azərbaycanda builki fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub.

“Yeni Sabah”ın xəbərinə görə, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə verdiyi fətvada əksini tapıb.  

Bildirilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib:  pizza sifarişi

Həmin təqvim idarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib: 

“Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcəkdir. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!