QMİ sədri: “Ermənistan dini liderinin əməlləri onunla görüşə imkan vermir“

saytların hazırlanması

Evə çatdırılma

QMİ sədri: “Ermənistan dini liderinin əməlləri onunla görüşə imkan vermir“

Din

27 Sentyabr 2023 17:37 13783


"Biz Ermənistanın dini lideri 2-ci Qaraginlə həmişə Patriarx Kiril cənabları vasitəsilə ikitərəfli görüş keçirmişik. Bu gün onun apardığı revanşizm siyasəti, müharibəyə çağırışı, erməniləri qarşıdurmaya səsləməsi səbəbindən hələlik onunla görüş mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan yaratmır".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

"Gələcəkdə həyatı başa düşəndən sonra, top-tüfənglə deyil, danışıq yolu ilə gəlib yaxınlaşacaqsa, biz də onunla danışıq yolu ilə bu işləri görə bilərik. Allah şəhidlərimizə rəhmət eləsin. Müstəqilliyimiz və suverenliyimiz üçün həyatını qurban verənlərə Allahdan rəhmət diləyirəm. Bu yolda yaralı olanlar var, Allah onlara da tezliklə şəfa versin", - deyə QMİ sədri qeyd edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!