İki gündür sosial şəbəkələrdə ziyarətgahların birindən çəkilmiş video dolaşır. Lakin həmin video ilə bağlı geniş məlumat yoxdur. Görüntülərin nə vaxt qeydə alındığı da bəlli deyil.
Sadəcə görünür ki, bir qadın ortasında deşik olan daşın içərisindən keçmək istəyir. Xeyli əziyyət çəksə də, buna nail ola bilmir. Anlaşılan odur ki, qadın həmin daşı pir kimi qəbul edir.
Bununla bağlı “Yeni Sabah” kiçik araşdırma aparıb. Bəlli olub ki, həmin ziyarətgah Qobustan rayonu ərazisində yerləşən Pir Abdul Kərim ziyarətgahında çəkilib. Marqarita pizza
Sosial şəbəkə istifadəçiləri qadının bu hərəkətini tənqid edib, belə bir ayinin cahillik olduğunu bildiriblər.
Telegram kanalımız