Qobustan rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə nəticəsində Ağsu rayon sakini, 1966-ci il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu dünyasını dəyişib.
Qəza zamanı Ağsu rayon sakinləri - 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı,1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu isə xəsarət alıblar.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız