Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi

Kriminal

19 Yanvar 2026 10:43 366


Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov məhkəmə qarşısına çıxarılıb.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, Yevlax Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Z. Səmədova qarşı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah tətbiq etməklə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. Dördpendirli pizza

Rayonun İsmayılabad kəndində baş verən hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Hadisənin it döyüşündən sonra başlamış mübahisə zəminində törədildiyi bildirilib.

Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov 2023-cü ildə vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən həmin ilin dekabrında vəfat etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!