“Regionlarda internetin sürətini və NRYTN-nin mənasız və bəsit tədbirlərini, "startap tender konsorsiumlarını" və festival və şadyanalıqlarını görəndən sonra düşündüm ki, birdən başım çox qarışıq olar, bəlkə də yeri var bunların. Qısa bir araşdırma etdim və aşağıdakı nəticəni aldım”.
“Yeni Sabah”ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, internetin qonşu ölkələr üzrə qiymətini açıqlayıb.
Belə ki; pizza
Qazaxstan - 30 -35 manat, 200 – 500 mb/s (Kaztelekom)
Rusiya (Moskva) - 13-15 manat, 200 – 500 mb/s (Rostelekom)
Gürcüstan - 30 manat, 50 mb/s ( Magticom)
O.Gündüz Azərbaycan üzrə internetin qiymətini də qeyd edib:
30 manat - 5 mb/s (Aztelekom – ADSL, butün regionlarda ancaq bu texnologiya əlçatandır)
30 manat - 6 mb/s (Baktelecom – ADSL, əsasən Bakı ş və ətraf ərazilər)
26 manat - 25 mb/s ( Baktelecom –bu paket həmin məşhur tanınmayan İT şirkətin 14 milyonluq layihəsinin GPON məhsuludur, əhatə dairəsi hələlik qeyri müəyyəndir ).
Telegram kanalımız