Qonşusunun qızıllarını talayıb satdı - Pulu ilə istirahətə getdi

saytların hazırlanması

Evə çatdırılma

Qonşusunun qızıllarını talayıb satdı - Pulu ilə istirahətə getdi

Kriminal

29 Mart 2026 17:02 618


Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 20 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb. Marqarita pizza

“Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin qonşusu 34 yaşlı T.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs taladığı qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulla avtomobil icarəyə götürüb və turizm məkanlarında istirahət edib.

Faktla bağlı araşdırmalar davam etdirilir”, - deyə əlavə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!