Qonur ayı saxlayan şəxs aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Qonur ayı saxlayan şəxs aşkarlanıb

Rəsmi

26 Fevral 2019 21:10 1806


Fərdi təsərrüfatda ayı saxlayan aşkar olunub.

DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfa baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində polis şöbəsi tərəfindən müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!