“Qorxaq şəkildə dinməz qalmaq yolverilməzdir” – Çingiz Abdullayev

saytların hazırlanması

Evə çatdırılma

“Qorxaq şəkildə dinməz qalmaq yolverilməzdir” – Çingiz Abdullayev

Yazar

02 Mart 2019 18:36 1692


Bakıda Cəfər Cabbarlının ev-muzeyinin sökülməsinə Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, yazıçı bildirib ki, dünyanın bir çox ölkələrində qədim tikililərin rekonstruksiyası zamanı sonradan əsaslı təmir həyata keçirmək üçün evin köhnə divarlarına toxunmurlar: “Xəqani küçəsindəki Yazıçılar İttifaqının binası ilə də belə etmişdilər. İndi mənə etiraz edə bilərlər, deyə bilərlər ki, prezidentə şikayət et. Axı niyə ölkənin bütün problemlərini dövlət başçısına ünvanlamaq lazımdır? Dövlətdən maaş alan və vəzifədə oturan onlarla məmur var, onlar bu özbaşınalığa kənardan baxmamalıdırlar.

Başa düşürəm, varislərin pula ehtiyacı olub və görkəmli əcdadlarının xatirəsini satıblar. Başa düşürəm ki, bunun üçün icazə alınıb. Hər şeyi anlayıram. Pul hər şeydən vacibdir. Bununla belə, bu xoşagəlməz bir haldır. Cəfər Cabbarlı bizim dramaturgiyanın və kino ssenaristliyinin təməl daşını qoyub. 35 il əvvəl dünyasını dəyişmiş Cəfər Cabbarlı bizim ədəbiyyatın gəlib-getmiş ən dahi nümayəndələrindəndir. Ancaq heç gör, bu, kimisə maraqlandırır? Marqarita pizza

Burda nə var ki? Muzeyin eksponatlarını yeni binaya köçürəcəklər. Axı Cəfər Cabbarlı orada yaşamayıb. Həmin binada ayrılacaq yer onun artıq unikal mozaikalı və təkrarolunmaz auralı ev-muzeyi olmayacaq. Ancaq bu, kimi maraqlandırır?!

Biz nə üçün hər zaman eyni səhvləri təkrarlayırıq? Nə üçün Müşviqin heykəlini nümayişkəranə şəkildə söküb, sonradan yenidən əvvəlki yerinə qoyuruq? Nə üçün Sovetskidəki məscidi söküb, sonra da onu bərpa edirik, nə üçün Şusevin böyük sənət əsərini söküb, sonradan onu başqa bir məkanda yenidən ucaldırıq?

Qorxaq şəkildə dinməz qalıb özünü görməzliyə vurmaq sadəcə yolverilməzdir. Bu bizim yaşadığımız şəhərdir…”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!