Qoşqar Təhməzli zəhərlənib? –   Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Qoşqar Təhməzli zəhərlənib? – Şok iddia

Sağlamlıq

04 İyul 2019 12:32 2128


Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin zəhərlənməsi haqda məlumat yayılıb.

“Yeni Sabah” xəbər verir ki, iki gündür sosial şəbəkələrdə yayılan məlumatlara görə, agentlik sədri balıqdan zəhərlənib və hazırda müalicə olunur.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, bu absurd və heç bir reallığı əks etdirməyən məlumatdır.  Sezar pizza

“Biz Qida Təhlükəsizliyi Agentliyi olaraq bu cür təxəyyül məhsulu olan əsasız xəbərlərə bir qayda olaraq şərh vermirik. 

Qeyd olunan xəbərə diqqət yetirdikdə xəbərin içərisində bir-birini təkzib edən kifayət qədər məlumatın olduğu və “xəbərin” əsassız şayiə olduğu aydın görünür. 

Təkcə onu qeyd edə bilərik ki, Agentliyin Çağırı Mərkəzi ən müasir innovasiyalara əsaslanan proqram təminatı ilə təhciz olunub. Hazırda bu sahədə hər hansı problem mövcud deyil və daxil olan müraciətlər, onların icra vəziyyəti ilə bağlı aylıq hesabatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!