“Qoşunları Ukraynadan çıxarın!“ - Kommunistlərdən tələb

saytların hazırlanması

Evə çatdırılma

“Qoşunları Ukraynadan çıxarın!“ - Kommunistlərdən tələb

Dünya

27 May 2022 17:40 1133


Rusiyanın Primorsk diyarı Məclisinin 2 deputatı Ukraynada müharibənin dayandırılmasını tələb edib.

Yenisabah.az "PrimaMedia"ya istinadla xəbər verir ki, onlar Kommunist Partiyasını təmsil edirlər. 

Yerli qanunvericilik orqanının iclasında söz alan deputat  Leonid Vasyukeviç gözlənilmədən qoşunların Ukraynadan dərhal çıxarılması tələbi ilə Rusiya prezidentinə müraciəti oxumağa başlayıb.  pizza sifarişi

“Biz başa düşürük ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, yetimlərin sayı daha da artacaq. Hərbi zamanı insanlar əlil olur, onlar ölkəmizə böyük fayda verə biləcək gənclərdir”.

"Biz Rusiya Federasiyası qoşunlarının dərhal çıxarılmasını tələb edirik", - deyə mikrofonu söndürülmüş kommunist deputat əlavə edib.

Çıxışının sonunda Vasyukeviç müraciəti imzalayan dörd deputatın adını oxuyub. Onlardan ikisi - Natalya Koçuqova və Aleksandr Sustov dərhal bunu etmədiklərini bildirdilər.

Digəri - Gennadi Şulqa çıxışının sonunda partiya yoldaşını alqışlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!