Qoy gömrük rüsumu ödəsinlər - Elmar Məmmədyarov

saytların hazırlanması

Evə çatdırılma

Qoy gömrük rüsumu ödəsinlər - Elmar Məmmədyarov

Siyasət

02 Avqust 2023 15:27 995


“Prezident Əliyev Qarabağda yaşayan ermənilərə çağırış etdi. Bu, çox mühüm çağırışdır və üzərində işləmək, Azərbaycan vətəndaşı olan ermənilərə sübut etmək lazımdır ki, vətəndaşlığı tam şəkildə qəbul etsələr, bu, onlar üçün daha sərfəli olacaq, nəinki indiki vəziyyətdə yaşamaq”.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, sülh prosesinin ləngidildiyi təqdirdə Azərbaycanın atacağı alternativ addımlardan da danışıb: Dominos pizza

“Müxtəlif təkliflər var. Laçın yolunda artıq sərhədçilər yerləşdirilib. Növbəti addım gömrüyün yaradılması olmalıdır. İran, Rusiya, Gürcüstanla sərhədi necə qoruyuruqsa, eyni şəkildə Ermənistanla da sərhədi nəzarətimiz altına almalıyıq.

Hansısa ölkələr Azərbaycanı Laçın yolunun bağlı olduğuna görə tənqid etmək istəyirlərsə, yol açıqdır. Rüsum ödə, yükünü keçir. Ermənistan, eyni zamanda, digər ölkələr Azərbaycana hansısa yük göndərmək istəsələr, gərək, Azərbaycanın qanunvericiliyinə uyğun olaraq, gömrük rüsumu ödəsinlər. Bu, siyasi baxımdan o deməkdir ki, Azərbaycanın suverenliyini tam şəkildə qəbul edirlər”.

E.Məmmədyarov ermənilərin Ağdam yolundan imtina etməsi məsələsinə də toxunub: “Bu, bir az gülməlidir. Azərbaycanın mövqeyi tam şəkildə aydındır. Ağdam-Əsgəran-Xankəndi yolu məsələsi də gec-tez həll olunacaq. Ermənilər bunu da qəbul edəcəklər. Çünki başqa yol yoxdur. Ayrı imkanları da olmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!