Qoyun oğurlayan polis tərəfindən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qoyun oğurlayan polis tərəfindən tutuldu

Kriminal

26 Yanvar 2019 14:42 1102


Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə təsərrüfatlardan qoyun oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə Biləsuvar rayon sakini C.Məmmədov DİN-in “102 xidməti zəng mərkəzi”nə müraciət edərək 17 yanvar 2019-cu il tarixində ona məxsus fermadan ümumi dəyəri 1100 manat olan 8 baş qoyunun oğurlanması ilə bağlı məlumat verib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxsin Biləsuvar rayon sakini Asəf Əliyev olduğu müəyyən edilib və o saxlanılıb. Aparılan araşdırmalarla onun digər bir oğurluq əməlinin də üstü açılıb. Belə ki, A.Əliyevin cari ilin 14 yanvar tarixində rayon sakini V. Qılıncova məxsus həyətdən ümumi dəyəri 450 manat olan 3 baş qoyunu oğurladığı da müəyyən edilib. Saxlanılan şəxs hər iki faktı törətdiyini etiraf edib və oğurladığı qoyunları İmişli rayonu ərazisində satdığını bildirib. pizza hut

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!