Amerikalı müğənni Coe Diffi koronavirusa yoluxduğu üçün vəfat edib.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı sənətçi martın 29-u virusun ağırlaşdığına görə dünyasını dəyişib. Xəstəliyin simptomları özünü ötən həftə göstərməyə başlayıb, analizin nəticəsi pozitiv çıxsa da, onu həyati təhlükədən xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Diffi 1990-cı illərdə dünyada populyarlıq zirvəsində idi. O, həmçinin “Grammy” mükafatına da layiq görülüb. Ən məşhur mahnılarından biri də “Pickup Man”dır. pizza hut
Telegram kanalımız