Alimlər Qrenlandiyadakı buzlaqların əriməsinin ötən il rekord həddə çatdığını bildiriblər.
Yenisabah.az xəbər verir ki, təhlillərə görə, buzlaqların əriməsi əvvəlki rekordu 15 faiz üstələyib.
Mütəxəssislər 1948-ci ildən bəri qeydə alınan ərimə göstəricilərinə baxaraq son araşdırmaların görülməmiş bir səviyyəyə işarə etdiyini vurğulayıb. pizza hut
Grace və Grace-FO peyklərindən əldə olunan məlumata görə, bir il içərisində Qrenlandiyada 532 gigaton biz əriyib. Bu rəqəmlər 2012-ci ildən bəri çox böyük bir artımın olduğunu göstərir. Tədqiqatçıların sözlərinə görə bu itki dəniz səviyyəsinin 1.5 mm qalxmasına bərabərdir. Bu isə bir il içərisində ortalama 40 faiz artım deməkdir.
Telegram kanalımız